Zoom H4essential musiqiçilər, podkasterlər, jurnalistlər, videograflar və kontent yaradıcıları üçün hazırlanmış güclü əl rekorderidir. 32-bit float yazma texnologiyası sayəsində səs səviyyəsini əvvəlcədən qurmağa ehtiyac qalmır – səs kəsilmədən (clip olmadan) və maksimum dinamik diapazonla yazılır. Daxili X/Y stereo mikrofonlar və 2 ədəd XLR/TRS combo girişi ilə həm studiyada, həm də “field recording” üçün ideal alətdir.
Podkastınız üçün lazım olan digər məhsullar:
RØDE PodMic - peşəkar səviyyəli podkast mikrofonu - 235 AZN
XLR kabellər - 25 AZN
Mağaza deyil. Şəxsi istifadə üçün alınıb, lakin istifadə olunmayıb.
Əsas üstünlüklər
- 4 trekli 32-bit float yazı - hər detalı tutur, gain tənzimləməyə ehtiyac yoxdur
- Daxili X/Y (90°) stereo mikrofonlar - 130 dB SPL-ə qədər yüksək səs təzyiqini təmiz yazır (konsert, tədbir və s.)
- 2 x XLR/TRS combo giriş - mikrofonlar, alətlər və line-level mənbələr üçün, phantom power (+48V) dəstəyi
- PC, Mac, iOS, Android üçün audio interfeys - USB-C ilə 4-in / 2-out səsgiriş kartı kimi istifadə imkanı
- Eyni anda yaz və yayım et - həm SD karta yazır, həm də kompüterə/telefona səs ötürə bilir
- Rəngli LCD ekran - menyu və treklərin idarəsi üçün rahat görüntü
- Daxili mikser - hər trek üçün səviyyəni rekorder üzərindən tənzimləmə imkanı
- Daxili spiker – yazılan səsi tez yoxlamaq üçün
- Əlçatanlıq funksiyası (Voice Guidance) – görmə məhdudiyyətli istifadəçilər üçün səsli menyu idarəsi
Qoşulma və yaddaş
- 2 x XLR/TRS combo input
- 3.5 mm MIC/LINE giriş (lava mikrofon və s. üçün)
- 3.5 mm qulaqcıq/line-out çıxışı (kamera və ya qulaqcıqlar üçün)
- USB-C port (audio interfeys və fayl köçürmə)
- microSD/microSDHC/microSDXC kart dəstəyi - 1 TB-a qədər yaddaş imkanı
İstifadə sahələri
- Canlı musiqi və məşq yazıları
- Podkast və intervyu (həm daxili mikrofonla, həm də xarici mikrofonlarla)
- Film və reklam çəkilişlərində lokasiya səsləri
- Səhnə, konsert, tədbir səslərinin yazılması
- Vlog, YouTube, Tik Tok və digər sosial media kontenti üçün keyfiyyətli səs.
Похожие
Вам может быть интересно
Сканируйте, чтобы перейти в приложение PRAYK
Если не удаётся скачать программу, свяжитесь с нами по номеру +994502000742 — мы поможем вам связаться с продавцом.